• Bakı 7° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Serbiyada prezident seçkilərinin vaxtı açıqlandı

DÜNYA

26 Noyabr 2026 | 19:00 | Müəllif: Subhan Mahmudov

Serbiyada prezident seçkilərinin vaxtı açıqlandı

Serbiya Məclisinin sədri Aleksandr Çupiç ölkədə prezident seçkilərini 27 dekabr 2026-cı il tarixinə təyin edib.

Bakıvaxtı.az xəbər verir ki, o, prezident seçkilərinin təyin edilməsi qərarının Serbiya Respublikasının Rəsmi Qəzetində dərc olunduğu gün qüvvəyə minəcəyini açıqlayıb.

"Serbiya Respublikası Konstitusiyasının 114-cü maddəsinin ikinci hissəsinə və 120-ci maddəsinin üçüncü hissəsinə, eləcə də Respublika Prezidentinin Seçkiləri haqqında Qanunun 9-cu maddəsinə uyğun olaraq, Serbiya Respublikasında prezident seçkilərini 27 dekabr 2026-cı il tarixinə təyin edirəm", - Çupiç Milli Məclisdə çıxış edərkən bildirib.

Keçmiş prezident Aleksandar Vuçiç 25 oktyabr seçkilərindən əvvəl istefa verdikdən sonra Çupiç müvəqqəti dövlət başçısı vəzifəsini də icra edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR