• Bakı 8° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Özcan azadlığa buraxıldı, bu məşhur isə həbs olundu

ŞOU

26 Noyabr 2026 | 12:36 | Müəllif: Əli Hüseynov

Özcan azadlığa buraxıldı, bu məşhur isə həbs olundu

İstanbul Cümhuriyyət Baş Prokurorluğunun təlimatı ilə narkotik istintaqı çərçivəsində aparılan əməliyyatlar nəticəsində saxlanılan məşhurlarla bağlı qərar verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd olunub ki, saxlanılan 24 nəfərin arasında yer alan müğənni Ceylan Kaya cinayət yolu ilə əldə edilmiş əmlakların leqallaşdırılmasında ittiham olunaraq həbs edilib.

Aralarında məşhur müğənni Özcan Dənizin də olduğu 9 nəfər isə məhkəmə nəzarəti şərtilə azadlığa buraxılıb. Digər 14 məşhurun saxlanılma müddəti uzadılıb.

Azadlığa buraxılan şəxslərin siyahısını təqdim edirik: Özcan Dəniz, Burcu Özberk, Murad Ceylan, Ufuk Gündoğdu, Dəniz Sözen, Murad Başoğlu, Dəniz Çakır Baykal, İbrahim Yılmaz və Onur Yüksəl.

Saxlanılma müddəti uzadılan məşhurlar isə bunlardır:

İbrahim İzzət Özilhan, Pınar Bent, Mehmet Can Karcı, Məltəm Özkayadan, Cansu Taşkın, Özden Cərrahoğlu, Muəmmər Kapucuoğlu, Səhər Grothe Sevdişan, Saghar Şojaei, İşıl İşık Dəmir, Burhan Karaca, Ərdal Bozquş, Cem Gülər və İlknur Şahin.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026