• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Daha bir rayonda qaz olmayacaq - YENİLƏNİB

CƏMİYYƏT

25 Noyabr 2026 | 22:09 | Müəllif: Subhan Mahmudov

Daha bir rayonda qaz olmayacaq - YENİLƏNİB

Sabah Ağdaş rayonunda qazın verilişində fasilə olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Ağdaş rayonu Ləki qəsəbəsi, Yuxarı Ləki, Orta Ləki, Aşağı Ləki, Hapıtlı, Dovutlu, Binələr, Güvəkənd, Kotanarx, Cardam, Nehrəxəlil, Pirəyir, Cücük, Yenicə, Əmirarx kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

*** 20:17

Sabah Qəbələ şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 26-da saat 09:00-dan işlər yekunlaşanadək Qəbələ şəhərinin Nəsimi və Z.Əliyeva küçələrinin qaz təchizatında müvəqqəti fasilə olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR