“Dövlət Komitəsinə 2026-cı ilin 10 ayı ərzində məişət zorakılığı ilə bağlı 499 müraciət daxil olub. Onların içərisində 81 kişi, 395 qadın və 23 uşaq zorakılığın təsirinə məruz qalıb”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 25 noyabr – Qadınlara qarşı Zorakılığın Aradan Qaldırılması üzrə Beynəlxalq Mübarizə Günü münasibətilə keçirilən konfransda deyib.
O bildirib ki, 116 111 Uşaq və Qadın Dəstək Xəttinə daxil olan müraciətlərin 649-u məişət zorakılığı ilə bağlı olub.
Bahar Muradovanın sözlərinə görə, Baş Prokurorluğun məlumatına əsasən, cari ilin ilk doqquz ayında məişət zorakılığı ilə bağlı cinayət hadisələri üzrə 931 qadın zərərçəkmiş kimi qeydiyyata alınıb. Onlardan 936-sı xəsarət alıb, 23 qadın isə həyatını itirib.
Komitə sədri əlavə edib ki, məişət zorakılığı ilə mübarizədə əldə olunan irəliləyişlərə baxmayaraq, mövcud vəziyyət daha fəal tədbirlərin görülməsini zəruri edir.
Zeynəb Rzayeva
















