• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycanlı tələbələr Türkiyədə təqaüdlə təhsil alacaqlar

    CƏMİYYƏT

    25 Noyabr 2026 | 10:29 | Müəllif: Əli Hüseynov

    Azərbaycanlı tələbələr Türkiyədə təqaüdlə təhsil alacaqlar

    2026–2027-ci tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində 3 Azərbaycan vətəndaşı Türkiyədə təhsil almaq hüququ qazanıb.

    Bu barədə Bakıvaxtı.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

    Proqram Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi (YTB) arasında imzalanmış Niyyət Məktubu çərçivəsində həyata keçirilir. Yekun seçim nəticələrinə əsasən, təqaüd proqramına qəbul olunan şəxslər Ankara və Sakarya universitetlərində beynəlxalq münasibətlər, idarəetmə elmləri, mühasibat uçotu və maliyyə ixtisasları üzrə doktorantura səviyyəsində təhsil alacaqlar.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    24 Noyabr 2026