• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Türkiyədə hərbi helikopter qəzaya uğradı

DÜNYA

24 Noyabr 2026 | 21:42 | Müəllif: Subhan Mahmudov

Türkiyədə hərbi helikopter qəzaya uğradı

Türkiyənin Eskişehir şəhərində təlim uçuşu həyata keçirən helikopter qəzaya uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hərbi Hava Qüvvələrinə məxsus, təlim tapşırığı üçün Eskişehirdən havaya qalxan AS-532 tipli helikopter qəza edib.

Nazirlikdən verilən məlumata görə, helikopterin qalıqlarının yeri müəyyən edilib və hazırda axtarış-xilasetmə əməliyyatları aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR