• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Məmurların hədiyyə qəbul etməsi barədə YENİ QAYDA

CƏMİYYƏT

24 Noyabr 2026 | 13:14 | Müəllif: Günəş Mərd

Məmurların hədiyyə qəbul etməsi barədə YENİ QAYDA

“Dövlət vəzifəsi daşıyan şəxs şəxsi maraqlarını deyil, ictimai maraqların xidmətində dayanmalıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Elman Nəsirov Milli Məclisin iclasında “Maraqlar toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, qanun layihəsində bir sıra mühüm yeniliklər nəzərdə tutulur. Bunlardan biri vəzifəli şəxslərin şəxsi maraqları haqqında bəyannamə təqdim etməsidir. Vəzifəli şəxs vəzifəyə başlamazdan əvvəl müvafiq bəyannamə verməli, sonrakı illərdə isə bunu hər il aprelin 15-dək etməlidir.

Deputatın sözlərinə görə, bu tələb şəffaflığın və hesabatlılığın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bəyannamənin natamam və ya təhrif olunmuş şəkildə təqdim edilməsi isə qanun pozuntusu hesab olunur.

E.Nəsirov qanun layihəsində vəzifəli şəxslərin sahibkarlıq və əlavə fəaliyyətinə dair məhdudiyyətlərin, eləcə də hədiyyə və qonaqpərvərliklə bağlı tələblərin əksini tapmasını vacib yeniliklərdən biri kimi dəyərləndirib.

O qeyd edib ki, qəbul edilmiş hədiyyə və ya göstərilmiş qonaqpərvərlik barədə üç iş günü ərzində səlahiyyətli subyektə məlumat verilməsi nəzərdə tutulur.

Deputat satınalmalar sahəsindəki vəziyyətə də diqqət çəkib. O, Hesablama Palatasının 2025-ci ildə açıqladığı məlumatlara istinad edərək bildirib ki, yoxlanılmış 3500 satınalmanın 2119-u, yəni təxminən 60 faizi rəqabətsiz, bir mənbədən satınalma yolu ilə həyata keçirilib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026