Türkiyəli aktyor Emrah Altıntoprakın yeni layihəsi məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, aktyor TV8-in yeni ildə izləyicilərə təqdim edəcəyi “Mükemmel Anneler” serialının heyətinə qatılıb.
Qeyd edək ki, aktyor Azərbaycanda da baxılan “Kızılcık şerbeti” serialında “Mustafa” obrazını ifa edirdi.















