• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan-İtaliya Universitetində tələbə təhsil alanların SAYI 

SİYASƏT

23 Noyabr 2026 | 14:06 | Müəllif: Günəş Mərd

Azərbaycan-İtaliya Universitetində tələbə təhsil alanların SAYI

Azərbaycan və İtaliya arasında təhsil sahəsində əməkdaşlığın mühüm istiqamətlərindən biri Azərbaycan-İtaliya Universitetinin fəaliyyətidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan-İtaliya Universitetinin yaradılması ilə bağlı qərar Prezident İlham Əliyevin 2021-ci ildə İtaliyaya səfəri zamanı qəbul edilib. 2022-ci ildə layihənin rəsmi təqdimatı keçirilib. Ötən il İtaliya tərəfinin Azərbaycana səfəri zamanı isə universitetin açılışı və fəaliyyətə başlaması ilə bağlı mühüm mərhələ gerçəkləşib.

C.Bayramovun sözlərinə görə, hazırda universitetdə 600-700 tələbə təhsil alır. İtaliyanın aparıcı universitetlərinin proqramları əsasında burada 8 bakalavr və 2 magistr proqramı üzrə tədris aparılır.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026