• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu ərazilərdə su olmayacaq

CƏMİYYƏT

23 Noyabr 2026 | 14:04 | Müəllif: Əli Hüseynov

Bu ərazilərdə su olmayacaq

Bakının Səbail və Yasamal rayonlarının bəzi ərazilərində içməli suyun verilişində fasilə yaranacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə müvafiq qurum məlumat yayıb.

Bildirilib ki, magistral su xəttinin yenisi ilə əvəz edilmiş hissəsində birləşmə işlərinin aparılması ilə əlaqədar olaraq, 25 noyabr 2026-cı il tarixində gün ərzində qeyd olunan rayonların bəzi ərazilərinin içməli su təminatında müvəqqəti fasilə yaranacaq.

Suyun əvvəlki rejimlə verilməsinin noyabrın 26-da səhər saatlarında bərpa olunması nəzərdə tutulur.

Abonentlərdən yaranacaq müvəqqəti narahatlığa görə üzr istənilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026