• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dağıstanda qəza: 40 mindən çox sakin işıqsız qaldı

DÜNYA

23 Noyabr 2026 | 00:02 | Müəllif: Zeynəb Rzayeva

Dağıstanda qəza: 40 mindən çox sakin işıqsız qaldı

Rusiya Federasiyasının Dağıstan Respublikasında baş verən qəza nəticəsində 40 mindən çox sakin elektrik enerjisiz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, elektrik kəsilməsinin səbəbi araşdırılır. İlkin məlumata görə, ümumilikdə 196 yaşayış məntəqəsi, 44 min 735 abonent elektriksiz qalıb.

Problemin aradan qaldırılması üçün mütəxəssislər briqadası iş aparır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026