• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şahzadə Uilyam Harrinin kral titullarını əlindən ala bilər

DÜNYA

22 Noyabr 2026 | 16:02 | Müəllif: Günəş Mərd

Şahzadə Uilyam Harrinin kral titullarını əlindən ala bilər

Britaniya taxtının varisi Şahzadə Uilyam taxta çıxdıqdan sonra kiçik qardaşı Harrinin, eləcə də onun övladları Arçi və Lilibetin kral titullarını ləğv etməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti jurnalist Tom Sayksın yeni kitabına istinadən məlumat yayıb.

Məlumata görə, Uilyam şahzadə və şahzadə titullarının yalnız kral ailəsinin rəsmi vəzifələrini yerinə yetirən üzvlərində qalmasını istəyir. Bu şəxslər həmçinin maaş və pulsuz, yaxud subsidiyalı mənzillə təmin olunacaqlar.

Şahzadənin yaxınlarından birinin sözlərinə görə, kral ailəsinin digər üzvləri imtiyazlarını və onlara “Əlahəzrətləri” deyə müraciət olunması hüququnu itirə bilərlər.

Dəyişikliklər Uilyamın digər övladlarına da şamil oluna bilər. Şarlotta və Luis kral ailəsindən kənarda karyera qurmağı seçsələr, titullarından imtina etməli ola bilərlər. Lakin taxtın əsas varisi hesab olunan Corcun bu dəyişikliklərdən təsirlənməyəcəyi bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026