• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Nvidia” 1,4 trilyon dollar itirib

DÜNYA

21 Noyabr 2026 | 20:37 | Müəllif: Gülşən Şərif

“Nvidia” 1,4 trilyon dollar itirib

Amerikanın qrafik prosessor istehsalçısı “Nvidia”nın bazar kapitallaşması keçmiş baş direktor Censen Huanq ətrafındakı qalmaqal fonunda bir neçə həftə ərzində 1,4 trilyon ABŞ dolları azalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, oktyabrın sonundan etibarən “Nvidia”nın səhmləri 29 faizdən çox ucuzlaşıb. Kotirovkaların bu qədər kəskin düşməsi çip istehsalçısının bazar dəyərinin 1,4 trilyon dollar azalması ilə nəticələnib.

Bundan əvvəlki birja məlumatları da göstərmişdi ki, şirkətin sabiq rəhbəri ilə bağlı qalmaqal fonunda “Nvidia” səhmləri bir həftədə 22,92 faiz, bir ayda isə 43,45 faiz dəyər itirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026