• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Zeynalabdin Allahyarov həbs olundu

CƏMİYYƏT

20 Noyabr 2026 | 23:53 | Müəllif: Subhan Mahmudov

Zeynalabdin Allahyarov həbs olundu

Tanınmış stomatoloq Zeynalabdin Allahyarov həbs olunub.

Bakıvaxtı.az Xitab24.az-a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə Z.Allahyarov iki il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, həkim ona müraciət edən pasiyentlərə yalan vədlər verərək ümumilikdə 26 795 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib.

Zeynal adı ilə də tanınan stomatoloq bu əməlləri "Loft Dent", "L.A Dent" və "Mediland Hospital"da törədib.

Pasiyentlərdən pul almasına baxmayaraq, verdiyi vədlərə əməl etməyən həkim cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026