• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Kolleclərlə bağlı MÜHÜM XƏBƏR

CƏMİYYƏT

20 Noyabr 2026 | 15:31 | Müəllif: Günəş Mərd

Kolleclərlə bağlı MÜHÜM XƏBƏR

Kolleclərin müstəqil statusunun aradan qaldırılaraq ali təhsil müəssisələrinin vahid təhsil sisteminə daxil edilməsi nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman 2026/2027-ci tədris ili: Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə həsr edilmiş tədbirdə deyib.

O bildirib ki, hazırda da bəzi kolleclər ali təhsil müəssisələrinin tabeliyində fəaliyyət göstərir: "Bu istiqamətdə birgə əməkdaşlıq həyata keçirilir. Pilot təcrübə əsasında inteqrasiya prosesinə artıq başlanılıb.

Tam inteqrasiya dedikdə isə kolleclərin müstəqil statusunun aradan qaldırılaraq ali təhsil müəssisələrinin vahid təhsil sisteminə daxil edilməsi nəzərdə tutulur. Bu, həmin müəssisələrdə bakalavriat, magistratura, sertifikat proqramları və digər təhsil imkanlarının vahid sistem çərçivəsində təşkili deməkdir".

Şöbə müdiri qeyd edib ki, eyni zamanda, ali təhsil müəssisələrinin tabeliyində fəaliyyət göstərəcək kolleclərdə müvafiq ixtisaslar üzrə kadr hazırlığının aparılması və məzunların əmək bazarına çıxışının təmin edilməsi planlaşdırılır.

T.Süleyman əlavə edib ki, gələcəkdə 9-cu sinifdən sonra kolleclərə qəbulun məhdudlaşdırılması, 11-ci sinifdən sonra isə qəbulun davam etdirilməsi nəzərdə tutulur: "9-cu sinif bazasından qəbulun gələcəkdə yalnız peşə təhsili müəssisələrində həyata keçirilməsi planlaşdırılır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR