Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Manset.az məlumat yayıb.
Məlumata görə, N saylı hərbi hissələrdən birində xidmət edən mayor Əliyev Müşfiq Əşrəf oğlu qəfil ürək tutması (infarkt) nəticəsində dünyasını dəyişib. Mərhumun cənazəsinin bu gün Bakıya gətiriləcəyi və paytaxtda dəfn olunacağı bildirilir.
Qeyd edək ki, Müşfiq Əliyev uzun illər hərbi qulluqçu kimi fəaliyyət göstərib. Onun atası Əşrəf Əliyev də uzun müddət polis orqanlarında xidmət edib. Allah rəhmət eləsin!
















