• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İran əməliyyatı ABŞ-yə 48 milyard dollara başa gəldi

DÜNYA

20 Noyabr 2026 | 11:19 | Müəllif: Gülşən Şərif

İran əməliyyatı ABŞ-yə 48 milyard dollara başa gəldi

İrana qarşı hərbi əməliyyat münaqişə başlayandan bəri ABŞ-yə 48 milyard dollardan çox başa gəlib.

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun büdcə üzrə sözçüsü Artur Miller Senatın Silahlı Qüvvələr Komitəsinin dinləməsində bildirib.

Onun sözlərinə görə, bu məbləğə sursat, hərbi texnikanın dəyişdirilməsi və hərbi əməliyyat xərcləri daxildir.

Dinləmə zamanı Konnektikut ştatından olan demokrat senator Riçard Blumental Pentaqon sözçüsündən Amerika hərbi obyektlərinə dəyən ziyanı qiymətləndirməsini də istəyib. 

Miller hələlik belə məlumata malik olmadığını bildirib.

Gülşən Şərif
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR