“Sənəti olan gənclərə dəstək göstərilməlidir ki, yeni və dəyərli layihələr ortaya çıxsın”.
Bakıvaxtı.az xəbər verir ki, bunu bəstəkar və prodüser Asif Kərimov mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycanda yaxşı ifaçılar və qəzəlxanlar var, əsas məsələ onların düzgün istiqamətləndirilməsi və dəstəklənməsidir.
Prodüser vurğulayıb ki, sənət adamlarına dəstək yalnız sözlə məhdudlaşmamalı, onlara maddi imkanlar da yaradılmalıdır:
“Yaxşı ifaçılarımız, qəzəlxanlarımız var, sadəcə onları düzgün yönləndirmək lazımdır. Xalqımız sənəti olanların arxasında dayansa, çox yaxşı olar. Gənclərimizin əsas qazanc yeri yalnız toydur. Toylara da məhz sənəti olan gəncləri dəvət etmək, onlara maddi dəstək göstərmək lazımdır ki, belə dəyərli layihələr meydana gəlsin”.
Zeynəb Rzayeva
















