• Bakı 12° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Zaxarova: “Latviya öz ayağına güllə atacaq”

DÜNYA

28 Noyabr 2026 | 12:07 | Müəllif: Gülşən Şərif

Zaxarova: “Latviya öz ayağına güllə atacaq”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Latviya rəhbərliyinin Moskva ilə bağlı siyasətini sərt tənqid edib.

Bakıvaxtı.az xəbər verir ki, o, Riqanın iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində addım atmaq əvəzinə, gərginliyi artırmağa çalışdığını iddia edib.

Diplomatın fikrincə, Latviyanın bu mövqeyi ölkə vətəndaşlarının maraqlarına uyğun deyil. Zaxarova xəbərdarlıq edib ki, Riqa Estoniya və Finlandiyanın ardınca gedərək Rusiya ilə sərhəd-keçid məntəqələrini bağlayarsa, bunun nəticələri ilk növbədə Latviyanın özünə zərər vuracaq.

Rusiya XİN rəsmisi əlavə edib ki, belə bir qərar yalnız Latviya sakinləri üçün deyil, Avropa İttifaqının digər ölkələrinin vətəndaşları üçün də ciddi çətinliklər yaradacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026