• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

İdmançılarımız Ermənistanda 6 medal qazandı

İDMAN

28 Noyabr 2026 | 00:00 | Müəllif: Subhan Mahmudov

İdmançılarımız Ermənistanda 6 medal qazandı

Ermənistanın Tsaxkadzor şəhərində eşitmə qabiliyyəti məhdud idmançılar arasında keçirilən Avropa çempionatında Azərbaycan milli komandası uğurlu nəticə ilə yadda qalıb.

Azərbaycan Deflimpiya Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, yunan-Roma güləşi üzrə yarışda 6 idmançı ilə təmsil olunan komandamız, ümumilikdə, 6 medal – 3 gümüş və 3 bürünc medal qazanıb.

Böyüklər arasında keçirilən yarışda Kənan Allahverdiyev (60 kiloqram) və Tuncay İbrahimzadə (77 kiloqram) gümüş, Murad Cəfərov (55 kiloqram) isə bürünc medal əldə edib.

Ceyhun İsazadə isə iki yaş kateqoriyasında uğurla çıxış edib. O, gənclər arasında 60 kiloqram, böyüklər arasında isə 63 kiloqram çəki dərəcəsində bürünc medala sahib olub. İslam Rzayev (130 kiloqram) gənclər arasında keçirilən yarışda gümüş medal qazanıb.

Beləliklə, Azərbaycan təmsilçiləri Avropa çempionatını 3 gümüş və 3 bürünc medalla başa vurublar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026