• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Azərbaycan ATƏT-ə sədrlik üçün namizədliyini irəli sürəcək?

SİYASƏT

27 Noyabr 2026 | 13:06 | Müəllif: Günəş Mərd

Azərbaycan ATƏT-ə sədrlik üçün namizədliyini irəli sürəcək?

Azərbaycan ATƏT-ə sədrliklə bağlı müzakirələr çərçivəsində mümkün namizədlərdən biri ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə mətbuat konfransında jurnalistin sualını cavablandırarkən deyib.

Nazir bildirib ki, hazırda ATƏT-ə sədrliklə bağlı müxtəlif təkliflər müzakirə olunur. İsveçrənin sədrliyi 2026-cı il dekabrın 31-də başa çatacaq. Lakin növbəti sədrin müəyyənləşdirilməsi ilə bağlı üzv dövlətlər arasında hələ də ümumi razılıq əldə olunmayıb.

Onun sözlərinə görə, ATƏT-də qərarlar konsensus əsasında qəbul edildiyindən bütün üzv ölkələrin razılığı vacibdir. Azərbaycan bu prosesdə xüsusi fəallıq göstərməsə də, ümumi konsensus əldə olunacağı təqdirdə istənilən ölkənin namizədliyini dəstəkləməyə hazır olduğunu bildirib.

C.Bayramov qeyd edib ki, dekabrın əvvəlində İsveçrənin Luqano şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. Vaxtın məhdudlaşması səbəbindən hazırkı sədr və digər iştirakçılar müzakirələri intensivləşdirərək alternativ təklifləri nəzərdən keçirirlər.

Nazir əlavə edib ki, həmin alternativlərdən biri Azərbaycanın da öz namizədliyini irəli sürməsi ilə bağlıdır. Eyni zamanda, qərarların qəbulunu asanlaşdırmaq məqsədilə yalnız bir ölkənin deyil, 2027–2028 və ya 2028–2029-cu illər üzrə bir neçə ölkənin namizədliyini əhatə edən ümumi paket təklifinin müzakirəsi də gündəmdədir.

C.Bayramov Azərbaycanın bu mürəkkəb prosesdə ATƏT-ə dəstək verməyə və müsbət mövqe nümayiş etdirməyə hazır olduğunu vurğulayıb.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026