• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Məhbus milli fəalın tələbi rədd edildi

DÜNYA, HADİSƏ

27 Noyabr 2026 | 12:41 | Müəllif: Əli Hüseynov

Məhbus milli fəalın tələbi rədd edildi

Təbriz həbsxanasında saxlanılan milli fəal Milad Balsininin qanunla nəzərdə tutulan girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmaq tələbi yenidən rədd edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda onun ailəsi bildirib.

Onların sözlərinə görə, Təbriz İctimai və İnqilab Prokurorluğu 3 aydan çoxdur qeyri-müəyyən vəziyyətdə saxlanılan fəalın müvəqqəti azadlıq barədə üçüncü müraciətini də qəbul etməyib.

Qeyd edək ki, milli fəal sentyabrın 18-də Təbriz İctimai və İnqilab Prokurorluğunun 15-ci şöbəsinin çağırışına əsasən ora getdikdən sonra saxlanılıb.

Balsini “hökumətə qarşı təbliğat” və “milli təhlükəsizliyə zidd olan xarici və düşmən mediaya və sosial media kanallarına filmlər, şəkillər və məlumatlar göndərmək”də ittiham olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026