• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Cənubi Qafqaz əməkdaşlıq məkanına çevrilir - Deputat

SİYASƏT

27 Noyabr 2026 | 11:22 | Müəllif: Günəş Mərd

Cənubi Qafqaz əməkdaşlıq məkanına çevrilir - Deputat

“Cənubi Qafqazın konfrontasiya məkanından əməkdaşlıq məkanına çevrilməsinin əsas memarı Azərbaycan dövlətidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Tural Gəncəliyev Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, qlobal multipolyarlaşma dövründə, xüsusilə Çinlə keçirilən müştərək görüşlərdən sonra dünyada güc mərkəzləri arasında gərginliyin artmasının şahidi oluruq. Belə bir şəraitdə Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, son dövrlər regionda praqmatizmi əks etdirən bir sıra müsbət proseslər müşahidə olunur. Xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar bu baxımdan əhəmiyyətlidir. Deputat vurğulayıb ki, 2020-ci ildən sonra bu marşrutun gündəmə gəlməsində Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə həlledici rol oynayıb.

T.Gəncəliyev Azərbaycanın sülh gündəliyinin formalaşdırılmasındakı roluna da toxunub. O bildirib ki, ötən il Vaşinqtonda sülh sazişi layihəsinin paraflanmasından sonra regionda baş verən proseslər, Azərbaycanın Ermənistana müvafiq məhsulların tranzitini təmin etməsi və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında keçirilən görüşlər Azərbaycanın sülhə sadiqliyini təsdiqləyir.

Deputat Ermənistanın yeni konstitusiya layihəsinin təqdim edilməsini də mühüm perspektiv kimi qiymətləndirib. O bildirib ki, yeni konstitusiya layihəsindən Azərbaycana qarşı ərazi iddialarının çıxarılması sülh sazişinin imzalanması və regionda davamlı sülhün təmin olunması istiqamətində vacib addım olacaq.

T.Gəncəliyev Ermənistanın bu siyasi mirasdan azad olmasının vacibliyini vurğulayaraq, İkinci Dünya müharibəsindən sonra Almaniyanın faşist keçmişinin mirasından qurtulmaq üçün keçdiyi yolu xatırladıb. O, Almaniyanın ilk federal kansleri Konrad Adenauerin siyasətini nümunə göstərərək Ermənistanın da konstitusiya dəyişikliyi ilə regionda sülh prosesinin sürətlənməsinə töhfə verə biləcəyini bildirib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026