• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Səbaildə fərdi yaşayış evində yanğın olub

HADİSƏ

26 Noyabr 2026 | 20:13 | Müəllif: Subhan Mahmudov

Səbaildə fərdi yaşayış evində yanğın olub

Bakı şəhərinin Səbail rayonu, Xanlar küçəsində fərdi yaşayış evində yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Ətraflı

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 400kv.m. olan ikimərtəbəli fərdi yaşayış evinin mətbəxndə baş vermiş yanğın genişlənərək evin digər otaqlarına yayılmasına, həmçinin yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində fərdi yaşayış evinin mətbəxinin yanar konstruksiyaları 20kv.m. sahədə və dam örtüyünün taxta atmaları 1kv.m. sahədə yanıb.

Fərdi yaşayış evinin böyük hissəsi və yaxınlıqda yerləşən tikililər yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR