• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Oxuyub-anlamaq sadəcə mətni başa düşmək deyil – Zaur İsayev

CƏMİYYƏT

26 Noyabr 2026 | 16:49 | Müəllif: Günəş Mərd

Oxuyub-anlamaq sadəcə mətni başa düşmək deyil – Zaur İsayev

“İnformasiya cəmiyyətində insanın qarşısında duran əsas vəzifələrdən biri əldə etdiyi məlumatı təhlil etmək, çeşidləmək və özü üçün faydalı olanı seçməkdir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu riyaziyyat dərslikləri layihəsinin rəhbəri və həmmüəllifi Zaur İsayev jurnalistlər üçün təşkil olunan təlim-müzakirə sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, son illərdə beynəlxalq qiymətləndirmə proqramlarında oxuyub-anlama bacarığına xüsusi əhəmiyyət verilir. Bunun əsas səbəblərindən biri informasiya cəmiyyətinin formalaşması və insanların məlumat əldə etmək imkanlarının genişlənməsidir.

Zaur İsayevin sözlərinə görə, informasiya bolluğu şəraitində insan təkcə məlumat əldə etməklə kifayətlənməməli, onun nə dərəcədə faydalı və etibarlı olduğunu da müəyyənləşdirməyi bacarmalıdır.

O vurğulayıb ki, oxuyub-anlamaq sürətli oxumaq və ya mətni sadəcə başa düşməkdən fərqlənir. Bu bacarıq oxunan məlumatdan nəticə çıxarmağı, onu təhlil etməyi və əldə olunan bilikləri düzgün istiqamətdə tətbiq etməyi əhatə edir.

Həmmüəllif qeyd edib ki, informasiya cəmiyyətində insanın səmərəli fəaliyyəti üçün məlumatları çeşidləmək, lazım olanı seçmək və dəyərləndirmək bacarığı vacibdir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR