Bakıda və Abşeron yarımadasında noyabrın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, səhər saatlarında bəzi yerlərdə zəif duman müşahidə olunacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8, gündüz 12-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 12-16 dərəcə isti, dağlıq ərazilərdə gecə 0-5, yüksək dağlıq ərazilərdə isə 10-15 dərəcə şaxta olacaq. Gündüz dağlıq ərazilərdə 0-5 dərəcə isti gözlənilir.
















