• Bakı 7° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Yevlaxda məktəbdə tüstülənmə olub - Zəhərlənənlər var

HADİSƏ

25 Noyabr 2026 | 18:22 | Müəllif: Subhan Mahmudov

Yevlaxda məktəbdə tüstülənmə olub - Zəhərlənənlər var

Noyabrın 25-də Yevlax rayonu Vasif Mövsümov adına Gülövşə kənd tam orta ümumtəhsil məktəbində pellet sobasının tıxanması tüstülənməyə səbəb olub. 

Bakıvaxtı.az  “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, verilən məlumata görə, əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər.

Tüstülənmə nəticəsində direktor, katib-makinaçı, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili tibbi yardıma müraciət edilib.

Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR