İran Silahlı Qüvvələri Ali Baş Komandanın əmrinə uyğun olaraq Hörmüz boğazında nəzarəti və müşahidəni gücləndirib.
Bakıvaxtı.az "Fars News"a istinadən xəbər verir ki, bu barədə İranın hərbi sözçüsü Məhəmməd Əkrəminiya məlumat verib.
Onun sözlərinə görə, son həftələrdə İranın razılığı olmadan boğazdan keçən gəmilər ciddi risklərə məruz qalıb və minalarla partladılıb:
"Yeni sistemlərin tətbiqi, köhnə sistemlərin təkmilləşdirilməsi və ordunun döyüş strukturunun gücləndirilməsi sayəsində boğaz üzərində nəzarət artıb".
İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin nümayəndələri də vurğulayıblar ki, Hörmüz boğazı icazəsiz marşrutları sınaqdan keçirmək və dəniz xəbərdarlıqlarını qulaqardına vurmaq üçün yer deyil.
Gülşən Şərif
















