• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Rusiyanın 10 milyard dollardan çox aktivi dondurulub

DÜNYA

25 Noyabr 2026 | 13:25 | Müəllif: Gülşən Şərif

Rusiyanın 10 milyard dollardan çox aktivi dondurulub

İsveçrə tərəfindən dondurulmuş Rusiya aktivlərinin ümumi məbləği artaraq 8.5 milyard İsveçrə frankına (10.2 milyard dollar) çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) sanksiyalar şöbəsinin rəhbəri Daniel Ebi açıqlama verib.

Cenevrədə təşkil olunan hüquq konfransında çıxış edən rəsmi yenilənmiş statistik məlumatları diqqətə çatdırıb. Bildirilib ki, aktivlərin dəyəri 2025-ci ilin aprel ayından etibarən 15% artıb - həmin dövrdə bu rəqəm 7.4 milyard frank təşkil edirdi.

Artım dinamikası əlavə müsadirə tədbirləri və qızıl aktivlərinin qiymətinin bahalaşması ilə əlaqələndirilir.

D.Ebi qeyd edib ki, Rusiya Mərkəzi Bankının bloklanmış aktivlərinin ümumi həcmi 18 ay əvvəlki göstəricilərlə müqayisədə 9% azalaraq 6.8 milyard franka enib. Bu vəziyyət aktivlərin ifadə edildiyi valyutaların məzənnəsindəki ucuzlaşma ilə izah olunur.

Məlumata görə, İsveçrənin Rusiyaya qarşı ənənəvi bitərəflik prinsipindən imtina etməsi ölkənin daxili siyasi arenasında kəskin müzakirələrə yol açıb. Liberallar Avropa İttifaqının mövqeyinə dəstək versələr də, mühafizəkar dairələr sanksiyaların yarada biləcəyi mənfi nəticələrə - xarici sərmayə cəlbinin aşağı düşməsinə və rəqabətədavamlılığın zərər görməsinə diqqət yönəldiblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR