• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Rusiyada yanğın:  Müəllim və üç uşaq ölüb

DÜNYA

27 Noyabr 2026 | 12:34 | Müəllif: Əli Hüseynov

Rusiyada yanğın: Müəllim və üç uşaq ölüb

Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin Salexard şəhərində fərdi evdə gecə baş verən yanğın zamanı incəsənət məktəbinin müəllimi uşaqları ilə birlikdə həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya mediası meriyanın mətbuat xidmətinə istinadən məlumat yayıb.

Rusiya İstintaq Komitəsinin regional idarəsinin məlumatına görə, noyabrın 27-si gecə saatlarında fərdi yaşayış evindəki yanğın söndürüldükdən sonra qadının və onun üç uşağının meyiti aşkar edilib, bir kişi xilas ola bilib, ona tibbi yardım göstərilir.

Ehtiyatsızlıqdan ölümə səbəb olma faktı üzrə cinayət işi başlanıb.

Yanğının səbəbi araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026