"Biz İran üçün işləmirik, əksinə İran bizim üçün işləyir və məsuliyyət yükünü bizim xatirimizə çiyinlərində daşıyır".
Bakıvaxtı.az xəbər verir ki, bunu Livan Hizbullahının baş katibi Nəim Qasım Haşim Səfiəddinin «Nəhcül-bəlağənin şərhi» ensiklopediyasının təqdimatında İranla əlaqələrin vacibliyini vurğulayarkən deyib.
O, çərçivə sazişinin nəticəsiz qaldığını və 🇮🇱 İsrailin Livana hücumlarının genişlənməsinin qarşısını İranın aldığını iddia edib.
Qasım həm də Livan prezidenti Cozef Aunu Müstəqillik Günü çıxışına görə tənqid edib və 🇺🇸 ABŞ-ni Livan rəsmilərinə İsrailə güzəşt üçün təzyiq göstərməkdə ittiham edib.
















