• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Krım yarımadası işıqsız qalıb

DÜNYA

26 Noyabr 2026 | 16:08 | Müəllif: Əli Hüseynov

Krım yarımadası işıqsız qalıb

Rusiyanın ilhaq etdiyi Krım yarımadasında baş verən qəza nəticəsində bütün ərazidə elektrik enerjisinin verilməsi dayandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sevastopolenerqo” və “Krımenerqo” şirkətləri məlumat yayıb.

    Bildirilib ki, yarımadadan kənarda yerləşən enerji obyektlərində baş verən qəza səbəbindən Sevastopol da daxil olmaqla elektrik təchizatında fasilə yaranıb.

    “Sevastopolenerqo” sakinlərə elektrik təchizatı normallaşana qədər mümkün zədələnmələrin qarşısını almaq məqsədilə elektrik cihazlarını şəbəkədən ayırmağı tövsiyə edib.

    Şirkətin məlumatına görə, elektrik enerjisinin verilməsinin mümkün qədər tez bərpası üçün müvafiq tədbirlər görülür.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR