• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

DÜNYA

26 Noyabr 2026 | 00:37 | Müəllif: Subhan Mahmudov

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Azərbaycanlı milyarder Vahid Ələkbərovun təsis etdiyi Rusiyanın “Lukoyl” şirkəti beynəlxalq aktivlərinin satışı ilə bağlı ABŞ milyarderi Todd Boelinin rəhbərlik etdiyi konsorsiumla razılaşma imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, konsorsiuma ABŞ Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyası (DFC) da daxildir.

Razılaşmaya əsasən, 10 milyard dollar dəyərində “Lukoyl” qiymətli kağızları şirkətin beynəlxalq aktivləri ilə dəyişdiriləcək. Sövdələşmə bir ildən artıq davam edən danışıqlardan sonra əldə olunub.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi 2025-ci ilin oktyabrında “Lukoyl”a qarşı sanksiyalar tətbiq edib. Buna görə də sövdələşmə ABŞ tərəfinin təsdiqindən asılıdır. Maliyyə Nazirliyi razılaşmanı milli təhlükəsizlik maraqları və sanksiya tələbləri baxımından nəzərdən keçirəcək./Publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026