• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

AzTV ilə bağlı xəbərlərə rəsmi reaksiya

CƏMİYYƏT

25 Noyabr 2026 | 22:22 | Müəllif: Subhan Mahmudov

AzTV ilə bağlı xəbərlərə rəsmi reaksiya

AzTV ilə bağlı son vaxtlar yayılan xəbərlərlə əlaqədar kanaldan rəsmi açıqlama verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AzTV-nin İnformasiya Proqramları Studiyasının direktoru Vəli Əkbər məlumat paylaşıb.

“Azərbaycan Televiziya və Radio verilişləri QSC olaraq bildiririk ki, quruma aid olan televiziyalarda həyata keçirilən dəyişikliklərlə bağlı yayılan dezinformasiyalar, xüsusən də kanalların loqoları həqiqəti əks etdirmir.

Bəli, yaxın zamanlarda ciddi format və qrafika, texniki və studiya dəyişiklikləri olacaq, xüsusən də AzTV kanalı yeni formatda yayımlanacaq. Və bu proses baş verəndən sonra ictimaiyyətə daha geniş məlumat veriləcək. Lakin buna qədər həmkarlarımızdan dəqiqləşdirilməyən məlumatlardan, xüsusən də yanlış loqolardan istifadə etməməyi xahiş olunur”, - o qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026