• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Buşehr AES yenidən elektrik şəbəkəsinə qoşulub

DÜNYA

28 Noyabr 2026 | 19:16 | Müəllif: Günəş Mərd

Buşehr AES yenidən elektrik şəbəkəsinə qoşulub

İranın Atom Enerjisi Təşkilatı Buşehr Atom Elektrik Stansiyasının (AES) birinci blokunun planlı yanacaq dəyişdirilməsi və texniki xidmət işlərindən sonra ölkənin vahid elektrik şəbəkəsinə yenidən qoşulduğunu açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, təşkilatın məlumatına görə, yanacağın dəyişdirilməsi və planlı texniki xidmət işləri elektrik şəbəkəsinin idarəetmə qurumları ilə razılaşdırılaraq həyata keçirilib. İşlər başa çatdıqdan sonra stansiya noyabrın 24-də yenidən şəbəkəyə qoşulub.

Qeyd olunub ki, illik yanacaq dəyişdirilməsi zamanı stansiyada avadanlıqların səmərəliliyinin artırılması, təhlükəsizliyin təmin edilməsi və istismar müddətinin uzadılması məqsədilə texniki yoxlama, təmir və xidmət işləri də aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026