• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bütöv kənd 295 min avroya satışa çıxarıldı

DÜNYA

28 Noyabr 2026 | 16:10 | Müəllif: Gülşən Şərif

Bütöv kənd 295 min avroya satışa çıxarıldı

İspaniyanın Leyda əyalətində, Andorradan təxminən 18 kilometr məsafədə yerləşən tərk edilmiş kənd 295 min avroya satışa çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, satışa yararsız vəziyyətdə olan bir neçə tikili, meşələr, şam ağacları və çəmənliklərlə əhatələnmiş 30 hektara yaxın torpaq sahəsi daxildir.

Kəndin tarixi mərkəzi 2368 kvadratmetr ərazini əhatə edir. Lakin bütün tikililərin əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var. Daşınmaz əmlak agentliyinin məlumatına görə, kəndin mənzərəli ərazidə yerləşməsi və Andorraya yaxınlığı üstünlük hesab edilsə də, onun bərpası böyük maliyyə vəsaiti tələb edir.

Ərazinin şəhər torpağı statusuna malik olması yenidənqurma işlərini asanlaşdıra bilər. Bununla belə, tikinti üçün müvafiq icazələr alınmalıdır. Kəndə gedən yolun son 2,5 kilometrlik hissəsi meşədən keçir. Bu səbəbdən əraziyə yolsuzluq avtomobili ilə getmək tövsiyə olunur.

Gələcək sahibin qarşılaşacağı əsas problemlərdən biri elektrik və su təchizatıdır. Ən yaxın elektrik dirəyi kənddən təxminən 2,5 kilometr məsafədə yerləşir. Ərazidə bulaq və gölməçə olsa da, onların da bərpasına ehtiyac var.

Agentlik məxfiliyi qorumaq və mümkün oğurluq hallarının qarşısını almaq məqsədilə kəndin adını və dəqiq yerləşdiyi ərazini açıqlamır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026