• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır

CƏMİYYƏT

28 Noyabr 2026 | 10:38 | Müəllif: Gülşən Şərif

Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır

 Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol hərəkətinin təşkilində və baş verən yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə rəqəmsal yeniliklər həyata keçirir.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Report"un sualına cavabında BDYPİ-nin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis kapitanı Elvin Hacıyev deyib.

O bildirib ki, Baş Dövlət Yol Polisi İdarəsi olaraq daha çox yol-nəqliyyat hadisəsi baş verən ərazilər araşdırılır:

"Bu ərazilər şərti olaraq "qəza ocaqları" adlandırılır. Həmin ərazilərdə yol-nəqliyyat hadisələrinin başvermə səbəbləri ətraflı araşdırılır, yol infrastrukturunun vəziyyəti, işıqlandırma səviyyəsi, eləcə də sürücülərin diqqətsizliyi və digər risk amilləri qiymətləndirilir. Bu prosesdə süni intellekt texnologiyalarından da istifadə olunur. Süni intellekt vasitəsilə yol-nəqliyyat hadisələrinin daha çox qeydə alındığı, qəza riskinin yüksək olduğu ərazilər müəyyənləşdirilərək qəza ocaqları kimi təsnif edilir. Əldə olunan təhlillərin nəticələrinə əsasən, həmin ərazilərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidmətin təşkili gücləndirilir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026