• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Mahir Emreli növbəti qolunu vurdu

İDMAN

27 Noyabr 2026 | 23:27 | Müəllif: Subhan Mahmudov

Mahir Emreli növbəti qolunu vurdu

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa çempionatında növbəti - 4-cü qolunu vurub.

Bakıvaxtı.az xəbər verir ki, 29 yaşlı hücumçu formasını geyindiyi “Rakuv”un 16-cı turda “Piast”la ev oyununda fərqlənib.

Komandası 0:2 hesabı ilə geridə olarkən Mahir görüşün 59-cu dəqiqəsində rəqib qapısına yol taparaq hesab arasındakı fərqi azaldıb. Start heyətində meydana çıxan Emreli 77-ci dəqiqədə əvəzlənib.

Qarşılaşmada “Rakuv” 1:2 hesabı ilə uduzub.

Çenstoxova təmsilçisi 15 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, bu, Mahirin “Rakuv”la bütün turnirlərdə ümumən 7-ci qolu (23 oyunda) olub. O, həmçinin 3 qol ötürməsi edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR