Brüsseldə keçirilən Aİ sammitinin ikinci günü 7 illik Aİ büdcəsi və 2027-ci il üçün Ukrayna üçün əlavə maliyyələşdirmə ilə bağlı danışıqların uğursuzluğundan sonra ləğv edilib.
Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, müzakirə heç bir praktik nəticə vermədən başa çatıb.
Belə ki, Aİ-nin yeddi illik büdcə planı və Ukraynanın maliyyələşdirilməsi ilə bağlı müzakirələr dekabr ayına qədər təxirə salınıb.
Almaniya kansleri Fridrix Merts mətbuat konfransında sammitin ikinci gününün ləğv olunduğunu təsdiqləyib. Avropa Şurasının prezidenti Antonio Kostanın müzakirələri ümumiləşdirəcəyi, bundan sonra nümayəndələrin yola düşəcəyi gözlənilir.
Danışıqların növbəti mərhələsi 17 dekabra planlaşdırılıb.
Gülşən Şərif
















