• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Estoniya XİN: Aİ Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

SİYASƏT

27 Noyabr 2026 | 12:59 | Müəllif: Günəş Mərd

Estoniya XİN: Aİ Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

Avropa İttifaqı Azərbaycan və regionla əməkdaşlığın genişləndirilməsi istiqamətində intensiv proses aparır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında jurnalistin sualını cavablandırarkən deyib.

Nazir bildirib ki, Aİ son bir ildə qlobal səviyyədə daha fəal mövqe nümayiş etdirir və müxtəlif regionlarla azad ticarət sazişləri üzrə strateji razılaşmalar əldə edir.

Onun sözlərinə görə, Azərbaycan və regionla əməkdaşlığın əsas istiqamətləri ticarət dəhlizləri və enerji sahəsini əhatə edir.

M.Tsahkna Estoniyanın Aİ üzvü kimi bu imkanlardan faydalanacağını vurğulayıb. O, ölkəsinin rəqəmsallaşma, süni intellekt, sənaye və digər sahələrdəki təcrübəsinin Azərbaycanla əməkdaşlıq çərçivəsində əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Nazir qeyd edib ki, hər iki region qlobal çağırışlarla üzləşir və əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026