Elm və təhsil naziri Emin Əmrullayev dekabrın 14-də Cəbrayıl şəhərində vətəndaşları qəbul edəcək.
Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, qəbulda Cəbrayıl, Qubadlı və Zəngilan sakinləri iştirak edə bilərlər.
Bildirilib ki, adları çəkilən şəhər və rayonların sakinləri 7 dekabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər: "Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir".
Emin Əmrullayev Cəbrayılda vətəndaşları qəbul edəcək
SİYASƏT
27 Noyabr 2026 | 10:53 | Müəllif: Əli Hüseynov

SON XƏBƏRLƏR
09:11
26 Noyabr 2026















