• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Meymunlar Tac Mahalı ələ keçirdi - FOTO 

DÜNYA

27 Noyabr 2026 | 09:00 | Müəllif: Günəş Mərd

Meymunlar Tac Mahalı ələ keçirdi - FOTO

Hindistanın Aqra şəhərində yerləşən Tac Mahal ərazisində yüzlərlə meymun toplaşaraq turistlərə hücum etməyə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, NDTV-nin məlumatına görə, heyvanlar tarixi abidənin şərq, qərb və kral qapıları ətrafında cəmləşib. Noyabrın 20-də meymunların hücumu nəticəsində iki turist dişlənib və xəstəxanaya yerləşdirilib. Bir neçə digər ziyarətçiyə isə hadisə yerində tibbi yardım göstərilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə yüzlərlə meymunun Tac Mahal ərazisində olduğu görünür. Məlumata görə, vəziyyət yerli hakimiyyət orqanları üçün ciddi problemə çevrilib.

UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil olan abidənin idarə olunmasına cavabdeh qurumlar arasında koordinasiyanın zəif olması problemin həllini çətinləşdirir.

Turistlərə meymunlardan təhlükəsiz məsafə saxlamaq, onlarla göz təmasından çəkinmək və yaxınlıqda şəkil çəkməmək tövsiyə olunur. Həmçinin yemək, su şüşələri, telefon və günəş eynəklərini görünən yerdə saxlamamaq barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, Tac Mahalı hər gün orta hesabla 19-22 min turist ziyarət edir. Pik mövsümdə və bayram günlərində bu rəqəm 60-70 minə çatır. Abidəni il ərzində 7-8 milyon insan ziyarət edir.

Murad İsmayıl 


Meymunlar Tac Mahalı ələ keçirdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026