Xalq artisti Tünzalə Ağayeva qızı Fidanla bağlı etiraf edib.
Bakıvaxtı.az xəbər verir ki, müğənni “Afaqla onlar” proqramında övladının uşaqlıq illərində onun yanında istədiyi qədər ola bilmədiyini deyib:
“İçimdə qalıb, uşaqlıqda Fidanın yanında istədiyi qədər ola bilməmişəm. Eyni zamanda, Fidanı 11 ildir öz yanımdan göndərmişəm İstanbula. Bəlkə də bir az amansız, vicdansız ana oldum, amma zaman gələcək deyəcək ki, ana, nə yaxşı məni bura göndərmisən. Bunu mənə dəfələrlə deyib də”.
















