• Bakı 8° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ

CƏMİYYƏT

26 Noyabr 2026 | 14:44 | Müəllif: Əli Hüseynov

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ

Bu günlərdə sosial şəbəkələrdə, xüsusilə Tiktok platformasında İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəd istiqamətinə ağır hərbi texnika cəmləşdirməsi iddiası ilə görüntülər yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, İranın Azərbaycandakı səfirliyi apa-ya bildirib ki, görüntülərin çəkildiyi vaxt və məkan dəqiq olmadığından bu barədə fikir bildirmək mümkün deyil.

Bununla belə, səfirlikdən onu da bildiriblər ki, hərbi təcavüzə qarşı özünü müdafiə edən ölkə kimi İranın zəruri hazırlıq tədbirləri görməsi tamamilə təbiidir.

Səfirlik hər hansı əsassız xəbər və materialların yayılmasından, eləcə də onların iki ölkə arasındakı dostluq münasibətlərinə xələl gətirəcək şəkildə şərh olunmasından çəkinməyi tövsiyə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026