• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“28 May-Cəfər Cabbarlı” keçidində yeni pilləkən açılır - RƏSMİ 

CƏMİYYƏT

26 Noyabr 2026 | 09:46 | Müəllif: Günəş Mərd

“28 May-Cəfər Cabbarlı” keçidində yeni pilləkən açılır - RƏSMİ

Bakı Metropolitenində xətlərin fiziki olaraq ayrılması prosesinə avqustun 15-dən başlanılıb. Layihə çərçivəsində bir sıra tikinti işləri davam etdirilir.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-də məlumat verilib.

Bildirilib ki, 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində xətlərin ayrılması layihəsinin mühüm hissəsi olan “Dərnəgül” elektrik deposunun tikinti işlərinin ikinci mərhələsi yekunlaşdırılıb və obyektin bir qismi istifadəyə verilib. Məhz bunun nəticəsində xətlərin fiziki olaraq ayrılması prosesinə cari il avqustun 15-dən başlanması mümkün olub.

"Hazırda deponun inşası növbəti mərhələ üzrə davam etdirilir və işlər plana uyğun icra olunur".

Metropolitendən, həmçinin bildirilib ki, “28 May-Cəfər Cabbarlı” keçidində yeni piyada pilləkəninin yaxın vaxtlarda tam yekunlaşdırılaraq sərnişinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

Bununla yanaşı, “İçərişəhər” stansiyasının dönmə kamerasının, “Nizami” stansiyası yaxınlığında dartı elektrik yarımstansiyasının, eləcə də “Nizami-Cəfər Cabbarlı” mənzilində havalandırma şaxtasının tikintisi təsdiq edilmiş qrafikə uyğun davam etdirilir.

Qeyd olunub ki, “Cəfər Cabbarlı-Nizami” stansiyaları arasında ümumi uzunluğu təxminən 211 metr olacaq birləşdirici tunellərin tikintisi də qrafik üzrə aparılır. Avqustun 15-də başlanılan bu işlərin 11 ay ərzində tamamlanması planlaşdırılır. 

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026