• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“Sabah” - “Barselona” oyununda azarkeş öldü 

İDMAN, HADİSƏ

26 Noyabr 2026 | 09:37 | Müəllif: Əli Hüseynov

“Sabah” - “Barselona” oyununda azarkeş öldü

Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən “Sabah” – “Barselona” qarşılaşmasını izləmək üçün Rusiyadan Azərbaycana gələn azarkeş stadionda vəfat edib.

Bakıvaxtı.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə oyunun ikinci hissəsində Bakı Olimpiya Stadionunda qeydə alınıb.

Qarşılaşmanı tribunadan izləyən Rusiyanın Krasnoyarsk diyarından Bakıya gəlmiş 1987-ci il təvəllüdlü Anton Aleksandroviç Petrişşevin qəfil halı pisləşib. O, stadionda dünyasını dəyişib.

Mərhumun meyiti müayinə üçün morqa təhvil verilib.

İlkin ehtimala görə, azarkeşin ölümünə ürək tutması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.


“Sabah” - “Barselona” oyununda azarkeş öldü
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026