• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Dənizdə batan 4-cü kurs tələbəsinin meyiti tapıldı

HADİSƏ

25 Noyabr 2026 | 16:28 | Müəllif: Əli Hüseynov

Dənizdə batan 4-cü kurs tələbəsinin meyiti tapıldı

Sumqayıt bulvarında dənizdə batan 20 yaşlı oğlanın meyiti tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 18 noyabr 2026-cı il tarixində Sumqayıt şəhəri, Sumqayıt Dənizkənarı Bulvarının ərazisində dənizdə batan 2006-cı il təvəllüdlü Şahaliyev Nəsrəddin Sədrəddin oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən 600m aralı, nəzarətsiz ərazidə suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, dənizdə meyiti tapılan Nəsrəddin Şahaliyev Milli Aviasiya Akademiyasının 4-cü kurs tələbəsi idi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026