• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Pişik saxlamaq şizofreniya riskini artırır? - Araşdırma

DÜNYA

28 Noyabr 2026 | 20:03 | Müəllif: Günəş Mərd

Pişik saxlamaq şizofreniya riskini artırır? - Araşdırma

Bəzi tədqiqatlar uşaqlıqda pişiklərlə təmasda olmağın sonrakı yaşlarda şizofreniya riskinin artması ilə əlaqəli ola biləcəyini göstərir.

Bakıvaxtı.az xəbər verir ki, “ScienceAlert” nəşrinin məlumatına görə, psixiatr Edvin Fuller Tori və virusoloq Robert Yolken 1990-cı illərdə apardıqları araşdırmada uşaqlıqda pişik saxlayan şəxslərdə sonrakı həyatlarında şizofreniya diaqnozu qoyulma ehtimalının daha yüksək olduğunu irəli sürüblər.

Tədqiqatçılar bu əlaqənin pişiklər vasitəsilə yayıla bilən Toxoplasma gondii paraziti ilə bağlı ola biləcəyini ehtimal edirlər. Parazit insan orqanizminə çirklənmiş qida, su və ya pişik nəcisi ilə təmas nəticəsində daxil ola bilər.

Nəşr qeyd edir ki, pişik saxlayan insanların əksəriyyətində toksoplazmoz inkişaf etmir. Bununla belə, 100-dən çox araşdırmada T. gondii əleyhinə anticisimlərin mövcudluğu ilə şizofreniya diaqnozu arasında əlaqə müşahidə edilib.

Lakin London Universitet Kollecinin tədqiqatçıları 3542 iştirakçının məlumatlarını araşdırarkən uşaqlıqda pişik saxlamaqla T. gondii infeksiyası arasında əlaqə müəyyən etməyiblər.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026