• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Repdə şəhid pilotun adını çəkdi, etirazla qarşılaşdı

ŞOU

28 Noyabr 2026 | 19:18 | Müəllif: Günəş Mərd

Repdə şəhid pilotun adını çəkdi, etirazla qarşılaşdı

Türkiyəli reper Lvbel C5-in yeni mahnısında 1964-cü ildə Kiprdə əsir götürüldükdən sonra şəhid edilən pilot yüzbaşı Cengiz Topelin adını işlətməsi sosial mediada narazılığına səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, reper həmkarı Batuflex ilə birlikdə ifa etdiyi "OHAOHAOHA" adlı mahnıda "Uçuyorum sanki Cengiz Topel" ifadəsi yer alıb. Bir çox istifadəçi şəhid pilotun adının bu kontekstdə çəkilməsini hörmətsizlik kimi qiymətləndirib.

Yaranan narazılıqdan sonra Lvbel C5 məsələ ilə bağlı açıqlama yayıb. Reper ifadəni Cengiz Topelə duyduğu sevgi, hörmət və heyranlıq səbəbindən işlətdiyini bildirib. Sözlərinin yanlış anlaşıldığını qeyd edən sənətçi buna görə üzr istəyib və mahnının mübahisəyə səbəb olan hissəsini dəyişdirdiyini açıqlayıb.

Qeyd edək ki, Cengiz Topel 8 avqust 1964-cü ildə Kiprdə hərbi əməliyyat zamanı təyyarəsi vurulduqdan sonra paraşütlə yerə enərək əsir götürülüb. Əsirlikdə işgəncələrə məruz qalan pilot daha sonra həyatını itirib. O, Türkiyənin ilk hava müharibəsi şəhidi kimi tarixə düşüb. (Axşam.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026