Uzun illərdir Rusiyada yaşayan müğənni Fədayə Laçın Azərbaycana köçmək qərarı verib.
Bakıvaxtı.az xəbər verir ki, sənətçi bu barədə “Sevilən səhər” proqramında danışıb.
O, 2027-ci ildə birdəfəlik Azərbaycana qayıdacağını açıqlayıb.
“Birdəfəlik gələcəyəm. Artıq darıxıram. Oxumaq istəyirəm. Verilişlər, səhnələr üçün darıxmışam. Nə qədər toyda oxumaq olar? Musiqi mənim nəfəsimdir. Allah mənə səs verib ki, oxuyum” - deyə müğənni bildirib.
















